"Football-plus.az" xəbər verir ki, Tokayev kəməri alandan sonra bir zərbə ilə taxta lövhəni sındırıb.
Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir:
“Prezident məşq lövhəsinin üzərinə imzasını qoyub, daha sonra Çunqvon Çounun xahişi ilə taekvondo ənənələrinə uyğun olaraq, lövhəni sındırıb".
9-cu dan qara kəmər taekvondoda ən yüksək rütbə sayılır.
Tokayevlə Çou arasında görüş Astanada G1 kateqoriyalı "Kazakhstan Open 2025" beynəlxalq turnirinin startı ərəfəsində baş tutub.