EN

Tokayev 9-cu dan aldı

Dünya Taekvondosunun rəhbəri Çunqvon Çou Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayevə doqquzuncu dan qara kəmər təqdim edib.

"Football-plus.az" xəbər verir ki, Tokayev kəməri alandan sonra bir zərbə ilə taxta lövhəni sındırıb.

Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir:
“Prezident məşq lövhəsinin üzərinə imzasını qoyub, daha sonra Çunqvon Çounun xahişi ilə taekvondo ənənələrinə uyğun olaraq, lövhəni sındırıb".

9-cu dan qara kəmər taekvondoda ən yüksək rütbə sayılır.

Tokayevlə Çou arasında görüş Astanada G1 kateqoriyalı "Kazakhstan Open 2025" beynəlxalq turnirinin startı ərəfəsində baş tutub.
Chosen
23
2
football-plus.az

10Sources