RU

Əlövsət Ağalarov: “İnanmaq istəyirəm ki, Eldar Həsənov azadlığa buraxılacaq”

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Məhbus dövlət xadimi Eldar Həsənovun yaxın dostu, əməkdar jurnalist, naşir, sabiq deputat Əlövsət Ağalarov Gununsesi.info-ya danışıb. O, Eldar Həsənovun həbsindən 5 il ötdüyünü vurğulayaraq deyib: “Eldar Həsənov həbsdə qaldığı ötən beş ildə öz dövlətinə, Prezidentinə sədaqətini nümayiş etdirdi. İnanıram ki, bu il onu azadlığa buraxacaqlar. Onun səhhəti çox pisdir. Saysız-hesabsız xəstəlikdən əziyyət çəkir.

Eldar Həsənov mərhum Prezident Heydər Əliyevin yeganə silahdaşıdır ki, həbsdədir. 2025-ci il ölkədə konstitusiya və suverenlik ilidir. Eldar Həsənov Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ana qanununun layihəsini hazırlayan komissiyanın üzvü olub. Onun azadlığa çıxması üçün xalq yazıçıları, elm adamları, incəsənət xadimləri cənab Prezidentə müraciət edib. İnanmaq istəyirəm ki, köçkünlərin Kəlbəcərə qayıdış ilində Eldar Həsənov azadlığa buraxılacaq və bu, kəlbəcərlilər üçün ikiqat bayram olacaq”.

Əlövsət Ağalarov Novator.az-a da açıqlama verib. O deyib: “Ümid edirik ki, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz, mübaliğəsiz, 21-ci əsrin ən böyük sərkərdəsi, Qarabağımızla bərabər zədələnmiş milli qürurumuzu özümüzə qaytaran, 8 noyabr 2020-8 avqust 2025-ci il dövründə dalbadal qazandığımız qələbələrin Baş Qəhrəmanı cənab İlham Heydər oğlu Əliyev humanistliyini, müdrikliyini, insanpərvərliyini bir daha göstərəcək, hər zaman ona və dövlətimizə sədaqətini nümayiş etdirən əziz qardaşım Eldar Həsənovu əfv edərək haqq etdiyi azadlığına qovuşduracaq.

Tale elə gətirib ki, mən Prezidentimizin bütün kitablarının, o cümlədən 44 günlük Zəfərimizə, 23 saatlıq antiterror əməliyyatına, bir sözlə, möhtəşəm Qələbəmizə həsr edilmiş “Zəfər” kitablarının da naşiriyəm və bununla qürur duyuram! 30 il göz yaşları ilə gözlədiyim Kəlbəcərimə və doğulub boya-başa çatdığım dünya gözəli kəndim Quzeyçiskinə qovuşmuşam! Mənim cənab Prezidentimə müraciətim bütün kəlbəcərlilərin müraciəti kimi qəbul olunmalıdır, çünki bütün həmyerlilərim Eldar müəllimi azadlıqda görmək istədiklərini hər görüşdə dilə gətirirlər.

Onu da bir daha qeyd etməyi özümə borc bilirəm ki, Eldar Həsənov klassik Azərbaycan kişisi kimi verdiyi sözə başıyla cavabdehdir və heç nə – ağır məhbəs həyatı da, dözülməz xəstəlik ağrıları da onu bu məşəqqətli beş ildə yolundan döndərə bilmədi.

Xatırlatdığım o söz Eldar Həsənovun məhkəmədə dediyi son sözdür: “Möhtərəm hakim, o hökmdə hansı rəqəmi səsləndirməyinizdən asılı olmayaraq heç zaman daima sədaqətlə xidmət etdiyim Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyevə, dövlətimə qarşı məndən bircə kəlmə də eşitməyəcəksiniz. Mən sözü bir dəfə verirəm və ömrümün sonunadək, ölüm də olsa, sözümdən geri durmaram!.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
93
25
icma.az

10Источники