RU

“Qarabağ” pley off oyunu üçün Macarıstana yollandı KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”la ilk oyun üçün Macarıstana yola düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu gün Bakı vaxtı ilə saat 21:00-da Ağdam təmsilçisinin baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 21:30-da isə komanda açıq məşqə çıxacaq.

Qeyd edək ki, “Ferentsvaroş” – “Qarabağ” matçı avqustun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
57
50
konkret.az

10Источники