RU

İran XİN: “Qafqazdakı porsesləri dördgözlə izləyirik”

“Biz Cənubi Qafqazda gedən prosesləri dörd gözlə müşahidə edirik”.

Tribunainfo.az xəbər verir ki, bunu İran XİN-in mətbaut katibi İsmayıl Bəqayi deyib.
Onun sözlərinə görə, Tehran bölgədəki prosesləri diqqətlə izləyir və heç bir məsələni nə sadələşdirir, nə də minimuma endirir. “44 günlük müharibə nəticəsində Ermənistanın cənubuna gedən dəmir yolu marşrutu bağlanıb. Hazırda bu yolun bərpası erməni şirkətləri və Ermənistan qanunlarına uyğun olaraq qeydiyyatdan keçəcək. Amerika şirkətinin iştirakı ilə həyata keçiriləcək”.
Bəqayi bildirib ki, sərhədlər boyunca xarici hərbi qüvvələrin yerləşdirilməsi qadağan olunub. “Tehran üçün əsas “qırmızı xətt” regiondankənar müdaxilələrin qarşısının alınmasıdır. İran Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin qorunmasında maraqlıdır”.

Fərda Uğur

Избранный
29
18
tribunainfo.az

10Источники