AZ

Zəngəzurda xarici hərbi qüvvələrin yerləşdirilməsi... Bəqai

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Ermənistan arasında imzalanan bəyanat iki ölkənin suveren qərarıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında deyib.

“Biz keçmişdə olduğu kimi, bu gün də Cənubi Qafqazda davamlı təhlükəsizlik və sabitliyin bərqərar olması alqışlayırıq. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını dəstəkləyirik”, – o bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, region ölkələri arasında blokadaların aradan qaldırılması və yeni kommunikasiya yollarının açılmasını da müsbətdir.

“Bu cür nəqliyyat marşrutları yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmətlə yanaşı həyata keçirilməlidir. Bu proseslər ölkələrin ərazi bütövlüyü qorunmaqla, heç bir geosiyasi dəyişiklik olmadan baş verməlidir. Regionda xarici hərbi qüvvələrin yerləşdirilməsi faydalı hesab edilmir və bu məsələdə narahatlıqlar qarşı tərəfə açıq şəkildə bildirilib. Sülh sazişinin əsas müddəalarından biri də odur ki, iki ölkənin ümumi sərhədləri boyunca üçüncü tərəflərin hərbi qüvvələrinin yerləşdirilməsinə yol verilməyəcək”, – deyə Bəqai əlavə edib.

İranın Azərbaycan və Ermənistanla sıx diplomatik təmasda olduğu diqqətə çatdırılıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
6
globalinfo.az

10Mənbələr