RU

Terapiya zamanı hiss etdiklərini açıq danışmaqda çətinlik çəkənlər nə etməlidir?

"Terapiyada susqunluq qorunma mexanizmi ola bilər". 

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, insan bəzən özünü qorumaq üçün danışmamağı seçir:

"Terapiya zamanı insanın hiss etdiklərini açıq danışmaqda çətinlik çəkməsi normaldır. Bəzən haradan necə başlayacağını bilmək çətin olur. Bəzən utanırsan, bəzən də qorxursan. Əslində, bunu ifadə etmək nələrisə dəyişə bilər: 

"Mən danışmaqda çətinlik çəkirəm səbəbi budur" və ya "ürəyimdə çox şey var, amma ifadə edə bilmirəm". Bu cür sadə cümlələr belə sizin yaşadığınız çətinliyi göstərir və psixoloqun sizə dəstək olmasına kömək edir".

379967

Ekspert qeyd edib ki, əgər heç bir halda danışa bilmirsinizsə, alternativ yollar da var:

"Məsələn: hisslərinizi kağıza yaza, bir gündəlik saxlaya və seansda oxuya bilərsiniz. Çəkdiyiniz bir şəkil və ya sadəcə bədəninizdəki gərginliyi, yorğunluğu təsvir etmək də duyğularınızı ifadə etməyin başqa formasıdır. Əsas odur ki, danışa bilməsəniz də, danışa bilmədiyinizi gizlətməyin". 

Ülviyyə Ağazadə vurğulayıb ki, çünki bu özü də bir paylaşmadır:

"Yavaş-yavaş açılmaq üçün yaxşı bir başlanğıcdır. Unutmayın ki, tək ünsiyyət yolu deyilən sözlərlə deyil. Rəsmlər, yazı ilə də başlanğıcda danışmaq mümkündür. Unutmaq olmaz ki, terapiya məhz o iç səsini dinləmək və səsləndirmək üçün təhlükəsiz bir məkandır".

Pərviz

Избранный
66
13
hit.az

10Источники