RU

“Azərişıq”ın qaynar xəttində 35 dəqiqə gözlədim, zəngə cavab vermədilər”


Qaradağ rayonu Müşfiqabad qəsəbəsi sakini Tural Rəsulzadə iddia edir ki, “Azərişıq” ASC-nin qaynar xəttində 35 dəqiqə gözləsə də, zənginə cavab verilməyib.
Yeniavaz.com
-a müraciət edən T. Rəsulzadə bildirir ki, avqustun 16-da elektrik enerjisinin kəsilməsi ilə əlaqədar 199-la əlaqə saxlayıb.
“Məni 34 dəqiqə 53 saniyə xətdə gözlədib sonra da cavab vermədən zəngi başa çatdırdılar. Birinci xətdə 16-cı idim, 23 dəqiqə gözlədikdən sonra 1-ci oldum. 10 dəqiqə “operatora bağlayırıq” dedikdən sonra zəngi açmadan söndürdülər”.
Məsələ ilə bağlı “Azərişıq” ASC-yə ünvanladığımız sorğu cavabsız qalıb.

Murad Məmmədov
Избранный
13
11
yeniavaz.com

10Источники