RU

Xarkovda matəm elan edildi - VİDEO

Rusiya ordusu Ukraynanın Xarkov şəhərini ballistik raket və pilotsuz uçuş aparatları ilə atəşə tutub.

“Cebheinfo.az”  Ukrayna mediasına istinadən xəbər verir ki, hücum zamanı yaşayış binasına zərbə endirilib.

Nəticədə 5 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.

Yaralılardan altısı uşaqdır. Hazırda axtarış-xilasetmə işləri, eləcə də binada qeydə alınan yanğınla mübarizə davam etdirilir.

Şəhərin meri İqor Terexov hadisə ilə bağlı avqustun 18-də şəhərdə matəm elan edildiyini açıqlayıb.

"Cebheinfo.az"

Избранный
68
42
cebheinfo.az

10Источники