RU

Rəqsanə apellyasiya şikayəti verdi

2 gün əvvəl 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova qərardan narazıdır.

Yenisabah.az qafqazinfo.az-a istinadla xəbər verir ki, müğənninin vəkili Hikmət Əliyev bir az əvvəl qərardan apellyasiya şikayəti verib.

Müdafiə tərəfi əvvəlki məhkəmə qərarının ləğv edilməsini istəyir. Marqarita pizza

H.Əliyevin sözlərinə görə, xanım müğənninin azadlıqda qalması cəmiyyət üçün heç bir təhlükə təşkil etmir və istintaqin normal gedisinə hər hansi bir maniə yaratmaz:

"Rəqsanə özünü təqsirli bilmir. Əgər hər hansı şikayət varsa, həmin şikayətin araşdırılması başadüşüləndir. Lakin bu araşdırmanin azadlıqda aparıla aparilmasi daha ədalətlidir. Hüquqi baxımdan həbs yalnız sonuncu çarə kimi tətbiq olunmalıdır. Halbuki Rəqsanə xanım barəsində ev dustaqlığı və ya digər alternativ tədbirlər yetərli ola bilərdi. Əlavə olaraq qeyd etmək istəyirəm ki, müvəkkilim iki azyaşlı övlad anasıdır. Bu amil həm hüquqi, həm də humanist prinsiplər baxımından nəzərə alınmalıdır.

İnanırıq ki, apellyasiya instansiyası bütün bu məqamları obyektiv şəkildə nəzərə alacaq və yekunda ədalətli qərar qəbul olunacaq."

Şikayətə 2 gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Rəqsanə İsmayılova 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müğənninin ittiham olunduğu maddənin (178.4-dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var.


Telegram kanalımız
Избранный
36
29
yenisabah.az

10Источники