RU

“Kəpəz”dən 60-cı böyükhesablı məğlubiyyət

Misli Premyer Liqasının 2025/26 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.

İdman.biz xəbər verir ki, “Sumqayıt” I turun matçında “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

Bu, Gəncə klubunun Premyer Liqa tarixində 60-cı böyükhesablı məğlubiyyəti olub. Qərblilər bu göstəricidə antirekordçudur. “Kəpəz” 19 dəfə evdə, 41 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub.

Qeyd edək ki, Gəncə təmsilçisi ilk belə məğlubiyyəti 1995-ci il sentyabrın 10-da “Qarabağ”la səfər oyununda alıb – 0:3.

İdman.biz

Избранный
51
50
idman.biz

10Источники