AZ

60-cı böyükhesablı məğlubiyyət

Misli Premyer Liqasının 2025/26 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.

Apasport.az xəbər verir ki, “Sumqayıt” I turun matçında “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

Bu, Gəncə klubunun Premyer Liqa tarixində 60-cı böyükhesablı məğlubiyyəti olub. Qərblilər bu göstəricidə antirekordçudur. “Kəpəz” 19 dəfə evdə, 41 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub.

Qeyd edək ki, Gəncə təmsilçisi ilk belə məğlubiyyəti 1995-ci il sentyabrın 10-da “Qarabağ”la səfər oyununda alıb – 0:3.

Saşa İliç: “Bəzi oyunçular bunu dərk etmirlər”

Adil Şükürov: “Gözlədikləri “Kəpəz”i görəcəklər”

Kökçü oynadı, komandası heç-heçə etdi

“Sumqayıt”dan inamlı qələbə ilə start - YENİLƏNİB

“Neftçi”dən İslandiya klubuna

Seçilən
35
19
apasport.az

10Mənbələr