RU

Putinin bitməyən işğal hirsi və əli milyonların qanına batmış diktatorun ayaqları altına sərilən qırmızı xalça...

Öz xalqını azadlıqdan məhrum edən və dünyanın ən böyük nüvə silahı arsenalına sahib olan bu diktator, dünya üçün də ən böyük təhdidlərdən biridir...

Müəllif: İlkin Məmmədlərimov

Dünya siyasətində zaman-zaman güclü liderlər meydana çıxıb. Ancaq tarixin ən qaranlıq səhifələrində yer alanlar, öz xalqına və qonşularına zülm edən, işğalı və savaşı dövlət siyasətinə çevirən liderlər olub. Bu gün bu portreti ən açıq şəkildə təmsil edən ad, heç şübhəsiz Vladimir Putindir.

Putinin siyasəti artıq bir dövlət ağlının deyil, doymayan bir işğal hərisliyinin göstəricisidir. Gürcüstandan Ukraynaya, Krımdan Qara dənizə qədər atdığı hər addım Rusiyanın imperialist hirsinin açıq elanıdır. Öz xalqını azadlıqdan məhrum edən və dünyanın ən böyük nüvə silahı arsenalına sahib olan bu diktator, dünya üçün də ən böyük təhdidlərdən biridir.

Son günlərdə Alyaskada gerçəkləşən görüşlərdə belə Putinin dili təhdidkar və meydan oxuyucu olub. Hətta “Ukrayna torpaqları Rusiyaya verilməlidir” kimi bəyanatlarla beynəlxalq hüququ açıq-aşkar tapdalayıb. Bu açıqlamalar bir daha göstərdi ki, Rusiya yalnız qonşularına deyil, bütün dünyaya qarşı təcavüzkar bir siyasət yürüdür.

Daha acı olan isə, Amerikada Alyaska görüşü zamanı Putinin ayağına qırmızı xalça sərilməsi və iki protokol mərasimi ilə qarşılanmasıdır. Bir qatili, bir zalımı, əli milyonlarla insanın qanına batmış bir diktatoru bu şəkildə qarşılamaq, Amerika tarixi adına bir rüsvayçılıqdır. Dünyaya demokratiya və azadlıq dərsi verən ABŞ-nin Putin kimi bir qatilə bu cür hörmət göstərməsi həm Amerikanın siyasi etikasına, həm də beynəlxalq ədalət anlayışına kölgə salır.

Bu gün milyonlarla insanın qanı Putinin əllərindədir və əslində Putini təcriddən çıxaranlar, onun şərtləri ilə sülh istəyənlər Putinin tökdüyü məsum qanlara şərik olurlar. Ukraynada bombalanan şəhərlər, sürgün edilən ailələr, paramparça olmuş həyatlar Putinin imperialist hərisliyinin nəticəsidir. Avtoritar rejimin ən böyük silahı isə satdığı neft və qazdır ki, məhz bu gəlirlər Putinin ayaqda qalmasını təmin edir. Amma unutmaq olamz ki, heç bir diktator sonsuza qədər ayaqda qala bilməyib.

Putin artıq yalnız rus xalqı üçün deyil, bütün dünya üçün bir zalim və qana susamış bir təhlükəli fiqura çevrilib. Onun işğalçı siyasəti tarixin zibilxanasında Hitler və Stalinlə eyni qaranlıq səhifədə anılmağa məhkumdur.

Dünya bu həqiqəti görməli və gec olmadan Rusiyanın işğalçı düşüncəsinə “dayan” deməlidir. Çünki susqunluq yalnız yeni işğalları və yeni qətliamları dəvət edir.

Poliqon.info

Избранный
43
50
poliqon.info

10Источники