RU

Türkiyədə mütəşəkkil cinayət qruplarına yönəlik əməliyyatlarda 41 nəfər həbs edilib

Türkiyədə

Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın 5 vilayətdə (Aydın, Hakkari, Ankara, Balıkəsir və Mersin) 5 ayrı mütəşəkkil cinayət qrupunu hədəf alan əməliyyatlarda 41 şübhəlinin tutulduğunu açıqlayıb.

Nazir “X” sosial hesabında yazıb: “Jandarmamızın 5 vilayətdə 5 ayrı mütəşəkkil cinayət qrupuna qarşı keçirdiyi əməliyyatlarda 41 şübhəlini ələ keçirdik. Ümumilikdə 1 milyard 200 milyon türk lirəsi hesabında fəaliyyət göstərən 26 şübhəli həbs olundu. Onlardan 9-u barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Digərləri ilə bağlı proses davam edir. Qubernatorumuzu, əməliyyatı koordinasiya edən Respublika Baş Prokurorluğunu, Jandarma KOM Şöbəsini, əməliyyatları həyata keçirən İl Jandarma Komandirlərini, Qəhrəman Jandarmamızı, Maliyyə Cinayətlərini İstintaq İdarəsinin (MASAK) əməkdaşlarını təbrik edirəm. Mütəşəkkil cinayət qruplarına qarşı mübarizəmiz və əməliyyatlarımız heç bir cinayətin və cinayəti törədənin cəzasız qalmaması üçün qətiyyətlə davam edir”.

Избранный
39
7
xalqcebhesi.az

10Источники