RU

Premyer Liqada 2 debüt

Misli Premyer Liqasının I turu iki legioner baş məşqçinin debütü ilə əlamətdar olub. Portuqaliyalı Xorxe Kaskilya “İmişli”nin, serbiyalı Saşa İliç “Sumqayıt”ın “sükanı arxası”nda ilk çempionat matçına çıxıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, Portuqaliyalının yetirmələri evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzubsa, serbiyalı komandası ilə “Kəpəz” üzərində qələbəyə sevinib – 3:0. Bununla da Premyer Liqa (əvvəllər güclülər dəstəsi) tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb. Kaskilya ilk portuqaliyalı olubsa, İliç 5-ci serbiyalıdır. O, həm də “Sumqayıt”da 3-cü legioner çalışdırıcısı olub.

Qeyd edək ki, Kaskilya “İmişli”nin Premyer Liqada ilk baş məşqçisidir.

saytlarin hazirlanmasi

Избранный
83
50
sportal.az

10Источники