RU

Trampın Zelenski və Avropa liderləri ilə görüş CƏDVƏLİ AÇIQLANDI – FOTO

Xəbər verdiyimiz kimi, bu gün Ağ Evdə D.Trampla Volodimir Zelenski arasında görüş keçiriəcək. Daha sonra Ukrayna prezidentini müşayiət edən Avropa liderləri də müzakirələrə qoşulacaqlar.

Bizim.Media xəbər verir ki, Ağ Ev bu gün baş tutacaq görüşlərin vaxtılarını açıqlayıb:

- 20:00 (Bakı vaxtı) – Avropa liderlərinin Ağ Evə gəlişi

- 21:00 – Trampın Zelenskini qarşılama mərasimi

- 21:15 – Oval kabinetdə Tramp və Zelenski arasında ikitərəfli görüş

- 22:15 – ABŞ Prezidentinin Avropa liderləri ilə Banket zalında görüşü

- 22:30 – Trampın Avropa liderləri ilə birlikdə rəsmi fotosessiyası (Cross Hall)

- 23:00 – Şərq zalında Trampın Avropa ölkələrinin liderləri ilə çoxtərəfli görüşü.

Xatırladaq ki, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff daha əvvəl görüşün əsas mövzusunun “ərazilərin mübadiləsi məsələsi” olacağını bəyan etmişdi.

Zelenski isə 17 avqustda ərazi güzəştlərini Konstitusiyaya istinadən rədd etmiş, lakin bu məsələnin yalnız Ukrayna və Rusiya liderləri ilə ABŞ-ın iştirakı ilə üçtərəfli görüşdə müzakirə oluna biləcəyini vurğulamışdı.


Bizim.Media

Избранный
34
50
bizim.media

10Источники