ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək. ABŞ Prezidenti ilə Avropa liderləri arasında çoxtərəfli görüşün başlaması isə Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.
Modern.az xəbər verir ki, bu barə Ağ Ev məlumat yayıb.
Tramp və Zelenski arasında görüş Ukrayna münaqişəsinin həllinə həsr olunacaq. Ağ Ev rəhbəri ilə görüşə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Ciorcia Meloni də gedəcək. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də görüşdə iştirak etmək planlarını açıqlayıb.