RU

Ryazanda barıt sexində partlayışda ölənlərin sayı 20-ə çatıb

09:50

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” barıt zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaralananların isə 134 nəfər olduğu qeyd edilib.

***

2025-08-17 22:00

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” barıt zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə, yaralananların sayı isə 135 nəfərə çatıb.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Hazırda yenilənmiş məlumata görə, 149 nəfər xəsarət alıb, onlardan 14-ü ölüb”, - məlumatda deyilir.

***

2025-08-16 10:27

Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda yerləşən "Elastik" zavodunun barıt sexində baş verən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Rusiya KİV-i xəbər verir ki, bu barədə regional əməliyyat qərargahının mətbuat xidməti məlumat yayıb.

"Dünən axşam və ötən gecə dağıntılar altından üç nəfər xilas edilib. Ölənlərin sayı 11 nəfərə çatıb", - məlumatda deyilir.

Hadisə nəticəsində 130 nəfər xəsarət alıb, onlardan 29-u xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib.

Hazırda partlayışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Barıt sexində partlayışdan sonra yanğın baş verib. İstintaq Komitəsi sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açıb. Müəssisənin yerləşdiyi Şilov rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Избранный
43
10
anspress.com

10Источники