RU

Putin Trampın avtomobilinə niyə əyləşdi? - Maraqlı MƏQAMLAR

Rusiya Prezidentinin Alaskaya səfəri zamanı diqqət çəkən məqamlardan biri də Putinin Trumpın avtomobilinə oturması oldu. İlk baxışdan burada qeyri-adi hal yoxdur və bu normal görünə bilər. Ancaq sırf bu hadisə normaldan kənardır. Niyə?
Səfər öncəsi Rusiya mediası protokol qaydaları ilə bağlı hazırladıqları reportajlarda qeyd edirdilər ki, prezident korteji təhlükəsizliyə görə Rusiyadan aparılır. Buraya Protokol, VİP, Security və Delegate maşınları daxildir. Hətta maşına ABŞ xüsusi xidmət orqanlarının yaxınlaşmasına, qapını açmasına da icazə verilməyəcəyi vurğulanmışdı. Kortej tam olaraq FSO-nun nəzarətində olacaq, ABŞ tərəfi isə yalnız kənardan təhlükəsizlik prosesinə qoşulacaqdı.
Səfərin ilk dəqiqələrindən ABŞ güc nümayiş etdirdi: sağ və solda dayanan qırıcı təyyarələr, səmada B2-nin uçuşu ilə Vaşinqton Moskvaya mesaj verməyə çalışdı.
Ardınca isə ABŞ prezidentinin təklifi ilə Rusiya Prezidenti Donald Trumpın avtomobilinə əyləşdi. İki ölkə arasında münasibətlər normal olsaydı, bu hadisəni dostluğun və etibarın göstəricisi kimi şərh etmək olardı. Ancaq hal-hazırda tərəflər bir-birini rəqib, bir çox sahədə isə düşmən gözü ilə görürlər. Həm ABŞ, həm də Rusiya kəşfiyyatı bir-birinin ərazisində geniş şəbəkələrlə mübarizə aparır.
Bu səbəbdən Putinin Trumpın avtomobilinə oturması əslində Rusiya üçün mənfi addımdır. Bir neçə dəqiqəlik də olsa qorunan şəxs FSO-nun nəzarətindən kənarda qaldı. Digər tərəfdən Putini öz maşınına oturmağı bacaran Trump “kontrol bizim əlimizdədir” mesajını verdi.
Tarixə nəzər salsaq görərik ki, Corc Buşun Rusiya səfəri zamanı Putin onu öz avtomobilinə dəvət etsə də, ABŞ protokolu və mühafizə xidməti buna imkan verməmişdi. ABŞ təhlükəsizlik protokoluna əsasən, birinci şəxs yalnız ABŞ-a məxsus avtomobil, təyyarə və helikopterlə hərəkət edə bilər.
Beləliklə, ABŞ görüşünün siyasi nəticələrindən asılı olmayaraq, protokol və mühafizə xidmətlərinin duelində kimin üstün olduğu açıq şəkildə göründü.
Aqil Məmmədov, siyasi ekspert
Избранный
90
50
news365.az

10Источники