RU

Paşinyan kilsə ilə bağlı ifadələrinə görə üzr istəyib, amma mövqeyini dəyişməyib

Ermənistanın Baş naziri Nikol Paşinyan kilsə rəhbərlərinə qarşı sərt ifadələrinə görə üzr istəyib, lakin irəli sürdüyü siyasi və mənəvi mövqedən geri çəkilmədiyini bildirib.

Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyası mayın 30-da paylaşdığı Facebook statusunun Paşinyanın davranış qaydalarını pozduğunu açıqlayıb.

Paşinyan bu dəyərləndirmə ilə qismən razılaşaraq konkret iki ifadəyə görə üzr istədiyini bəyan edib.

Baş nazir "mənəvi yenilənmə" çağırışını təkrarlayıb və demokratik institutlara hörmətin vacibliyini vurğulayıb.

O həmçinin bütün ermənilərin katolikosu II Qareginin celibat qaydalarını pozduğunu iddia edib və yeni katolikosun seçkilərinin təşkili üçün qərargah yaratmağı planlaşdırdığını bildirib.

İyunda "Müqəddəs Mübarizə" hərəkatının 15 üzvü, o cümlədən Baqrat Qalstanyan saxlanılıb.

Arxiyepiskop Mikael Acapahyana isə hakimiyyəti zorla ələ keçirməyə çağırış ittihamı ilə cinayət işi açılıb.

N.Təbrizli

Избранный
13
50
anews.az

10Источники