RU

Levandosvkidən “Barselona”ya şad xəbər: Meydanlara nə vaxt qayıdacaq?

“Barselona”nın hücumçusu Robert Levandovski artıq La Liqanın növbəti turunda oynaya biləcək.

Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin sözlərinə görə, Levandovskinin bərpa prosesi gözləniləndən daha sürətli gedir. Onun avqustun 23-də “Levante”yə qarşı keçiriləcək La Liqanın 2-ci tur matçında iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, polşalı futbolçu sol ayağının arxa bud əzələsindən zədələnmişdi. Bildirilirdi ki, o, bir neçə həftə, təxminən üç turu buraxa bilər və yalnız sentyabrın ortalarında meydana qayıdacaq.

Избранный
33
37
publika.az

10Источники