RU

ABB-nin qeyri-faiz gəlirləri 200 milyon manata yaxınlaşıb

Bu ilin yanvar yanvar-iyun ayları ərzində Azərbaycan Beynəlxalq Bankının qeyri-faiz gəlirləri 199 milyon manat təşkil edib.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 52,5 milyon manat və ya 35,8% çoxdur.

Qeyri-faiz gəlirlərinin əsas hissəsini 125,5 milyon manatla alınan haqq və komissiya gəlirləri təşkil edib ki, bu da illik müqayisədə 19,4 milyon manat və ya 18,3% artım deməkdir.

Bankın xarici valyuta əməliyyatlarından gəliri 39,0 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 milyon manat və ya 53,0% çoxdur.

Əvvəlki ildə qiymətli kağızların satışından 248,5 min manat zərər edən bank, cari ildə bu istiqamətdən 2,8 milyon manat gəlir əldə edib.

Bankın digər gəlirləri isə 2,1 dəfə artaraq 15,3 milyon manatdan 31,8 milyon manata yüksəlib.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə bankın qeyri-faiz gəlirləri 146,5 milyon manat, o cümlədən haqq və komissiya gəlirləri 106,1 milyon manat, xarici valyutadan gəlirləri isə 25,5 milyon manat olmuşdu.

Избранный
5
50
fed.az

10Источники