Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.
Bu ilin I yarısında Azərbaycandakı 22 bankdan 5-nin əməliyyat xərcləri 100 milyon manatdan çox olub.
Yenisabah.az xəbər verir ki, bunlar, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “PAŞA Bank”, “Unibank” və “Bank Respublika”dır. Bu bankların cəmi əməliyyat xərcləri 2 milyard manata yaxın olub.
Hesabat dövründə 15 bankın əməliyyat xərcləri 10-100 milyon manat arasında, 2 bankın əməliyyat xərcləri isə 10 milyon manatdan az olub. Dördpendirli pizza
Son 1 ildə bütün bankların əməliyyat xərcləri artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (49,7%), ən aşağı dinamika isə “Yelo Bank”da (0,2%) qeydə alınıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.