RU

HƏMAS şərtsiz atəşkəs təklifini qəbul edib

 Fələstin hərəkatı HƏMAS Qəzzada atəşkəslə bağlı son təklifi şərtsiz qəbul etməyə hazır olduğunu bildirib. Bu barədə danışıqlarla tanış mənbələr "Asharq Al-Awsat"a bildiriblər.

Khalil əl-Heyya rəhbərliyindəki HƏMAS nümayəndə heyəti bu həftə Qəhirədə keçirilən görüşlərdə Qətər və Misir vasitəçilərinə bildirib ki, 60 günlük atəşkəs, İsrail qüvvələrinin yenidən yerləşdirilməsi və 10 girovun azad olunmasını nəzərdə tutan son layihə əsasında danışıqları davam etdirməyə hazırdır.

Mənbələrin sözlərinə görə, HƏMAS əvvəlki təkliflərindən — İsrail ordusunun tam çıxarılması və fələstinli məhbusların azadlığı ilə bağlı tələblərindən — imtina edib. Bu dəyişiklik, ehtimal ki, İsrailin mümkün işğalı və Qəzza sakinlərinin məcburi köçürülməsi təhlükəsinin qarşısını almaq məqsədi daşıyır.

N.Təbrizli

Избранный
60
47
anews.az

10Источники