RU

Arvadını döyən qısqanc ərə hökm oxundu

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Əkbər Bəşirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə 16 iyul 2025-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.


Belə ki, Əkbər Bəşirov yaşadıqları evdə arvadı, zərərçəkmiş Cəmilə Bəşirova (adı, soyadı şərtidir) ilə qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, qəsdən qadının qolundan tutub üz nahiyəsinə bir yumruq zərbəsi vuraraq, onun sağlamlığına yüngül zərər yetirib.


Hadisədən sonra Əkbər Bəşirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmə iclasında zərərçəkmiş Cəmilə Bəşirova hazırda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib. 

Kamal Məmmədov 

Tarix: 18 Avqust 2025, 08:37   
Избранный
28
29
pravda.az

10Источники