2025 PM asteroidi Yerin yanından keçib.
Publika.az xəbər verir ki, bu barədə Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri məlumat yayıblar.
Asteroid planetdən təqribən bir milyon kilometr aralıdan keçib, bu da kosmik standartlara görə o qədər də böyük məsafə deyil.
Asteroidin ölçüsü, astrofiziklərin hesablamalarına görə, 53 metrdir.