Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes VİTO" markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 1975-ci il təvəllüdlü E. Qarayevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərinin müdaxiləsinə baxmayaraq 50 yaşlı kişi xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.