RU

Stiv Uitkoff: “Moskva Ukraynanın beş regionu ilə bağlı güzəştə gedib”

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvanın Ukraynanın beş regionu ilə bağlı güzəştə getdiyini bildirib.

Onun sözlərinə görə, Vaşinqton avqustun 18-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə Moskva və Kiyev arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir.

“Ukrayna münaqişəsinin həllində əsas məsələs ərazilərin dəyişdirilməsi məsələsidir. Biz bunu bazar ertəsi müzakirə etmək niyyətindəyik. Ümid edirik ki, bu məsələdə müəyyən aydınlığa nail olacağıq və ümid edirik ki, bunların hamısı tezliklə sülh sazişi ilə yekunlaşacaq”, – deyə o bildirib.

Oxu.Az

Избранный
32
40
editor.az

10Источники