RU

EIA 2025-26-cı illər üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu təsdiqləyib

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) son proqnozuna görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft hasilatı 0,54 milyon barel təşkil edəcək.

Ölkədə xam neft hasilatı üzrə proqnoz əvvəlki qiymətləndirmə ilə müqayisədə dəyişməz qalıb.

2026-cı ildə hasilatın birinci rübdə sutkada 0,55 milyon barrelə başlaması, ikinci rübdə 0,54 milyon barrelə enməsi, daha sonra üçüncü və dördüncü rüblərdə 0,53 milyon barrelə enəcəyi gözlənilir.

2025-ci il üçün də EIA orta gündəlik hasilatı 0,57 milyon barel nəzərdə tutaraq proqnozunu dəyişməz saxlayıb. Birinci və ikinci rüblərdə bu göstərici sutkada 0,57 milyon barel, ilin ikinci yarısında isə cüzi azalma ilə sutkada 0,56 milyon barel səviyyəsində proqnozlaşdırılır.

2024-cü ilin yanvar-iyun ayları üzrə əməliyyat məlumatlarına əsasən, neft hasilatının ümumi həcmi kondensat da daxil olmaqla 13,7 milyon ton təşkil edib. Bunlardan 8 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının, 1,9 milyon tonu “Şahdəniz”in, 0,3 milyon tonu isə “Abşeron”un payına düşüb. SOCAR-ın hasilatı kondensat da daxil olmaqla 3,5 milyon ton təşkil edib.

2024-cü ilin birinci yarısında neft, o cümlədən kondensat ixracı 11,6 milyon tona çatıb ki, bunun da 9,9 milyon tonu AÇG konsorsiumunun, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron”un payına düşüb.

MənbəTREND
Избранный
67
42
banker.az

10Источники