15:38 17.08.2025
15:38 17.08.2025
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Mynews.az xəbər verir ki, hadisə avqustun 17-də saat 01 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində qeydə alınıb.
Şəhər sakini, 45 yaşlı Hafis Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 55 yaşlı Rəhim Vəliyevə bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.