RU

“Daşkəsən Dəmir Filiz” MMC işçiləri üçün geyim və mühafizə vasitələri alacaq -106 min manata

AzerGold” QSC tərəfindən təsis edilən “Daşkəsən Dəmir Filiz” MMC işçilərin təhlükəsizliyi və rahatlığı üçün geyim və fərdi mühafizə vasitələrinin satın alınmasını həyata keçirəcək.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma qalibi “GİLL MED” Qapalı Səhmdar Cəmiyyətidir və təklifin qiyməti 106.551,64 AZN təşkil edir.

Alınacaq avadanlıqlar və geyimlər arasında dielektrik çəkmə, dielektrik əlcək (1000V-a qədər, elektrik qövsündən qoruyucu), xadimə ayaqqabısı (ağ rəngli başmaq), işçi geyimi / yay (kitel və şalvar, texniki-mühəndis və fəhlə heyətləri üçün), işçi geyimi / qış (kitel və şalvar, texniki-mühəndis və fəhlə heyətləri üçün), xadimə geyimi və digər zəruri vasitələr yer alır.

Избранный
123
4
nocomment.az

10Источники