RU

“Neftçi”nin yarımmüdafiəçisi üçün yubiley

“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov yubiley oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Misli premyer-liqasının 1-ci turunun “Şamaxı” ilə qarşılaşması (1:1) 23 yaşlı futbolçu üçün 100-cü olub.

O, bu matçlarda 5 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Səfərov “Qəbələ”də 76 (4 qol), “Neftçi”də 24 (1 qol) oyunda iştirak edib.

Qeyd edək ki, Emil premyer-liqada ən azı 100 oyun keçirən 440-cı futbolçudu.

Избранный
45
28
football-plus.az

10Источники