RU

Putinin Trampla görüşdə təklif və tələb etdikləri...


Rusiya prezidenti Vladimir Putinin Alyaskada ABŞ prezidenti Donald Tramp ilə görüşündə səsləndirdiyi təkliflər bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi, anonim mənbələrə istinadən məlumat yayıb.
Adlarının açıqlanmasını istəməyən iki mənbə bildirib ki, Putinin təkliflərinə dair məlumatları əsasən Avropa, ABŞ və Ukrayna liderləri arasında aparılan danışıqlara əsaslanır və tam deyil.
Mənbələrin sözlərinə görə, Putinin təklifi hərtərəfli saziş imzalanana qədər atəşkəsin bağlanmasını istisna edib – bu isə Ukrayna prezidenti Volodimir Zelenskinin əsas tələbinin qarşısını alıb.
“Rusiyanın təklif etdiyi razılaşmaya görə, Kiyev Donetsk və Luqansk vilayətlərinin şərq bölgələrindən qoşunlarını tam çıxarmalı idi, bunun müqabilində Rusiya Xerson və Zaporojye kimi cənub vilayətlərində cəbhə xəttini dondurmağa söz verirdi”, – deyə mənbələr bildiriblər.
Lakin Ukrayna artıq Donetsk vilayəti də daxil olmaqla öz torpaqlarından hər hansı geri çəkilməni rədd edib. Kiyevin fikrincə, bu bölgələrdəki mövqelər rus hücumlarının ölkənin dərinliklərinə keçməsinin qarşısını alan əsas müdafiə səddidir. Mənbələrin məlumatına görə, Putin yalnız Sumı vilayətinin şimalında və Xarkov vilayətinin şimal-şərqində işğal etdiyi kiçik əraziləri geri qaytarmağa razılıq verib.
Ukraynanın “Deep State” döyüş xəritəsi layihəsinin məlumatına görə, Rusiya Sumı və Xarkov vilayətlərində ümumilikdə təxminən 440 kvadrat kilometr ərazini nəzarətdə saxlayır. Ukrayna isə Donbasda, yəni Donetsk və Luqansk vilayətlərində, təxminən 6600 kvadrat kilometr ərazini idarə edir. Rusiya həmin bölgələrə iddia edir.
Mənbələr qeyd ediblər ki, rus lideri, həmçinin Krım üzərində Rusiyanın suverenliyinin rəsmi tanınmasına çalışıb. Moskva bu yarımadanı 2014-cü ildə Ukraynadan ilhaq edib. Kiyev və onun Avropadakı müttəfiqləri Krımın Rusiyaya məxsus olmasını rəsmən tanımaqdan imtina edirlər.
Bundan əlavə, Putin Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ən azı bəzilərinin ləğvini də gözləyir.
Mənbələrin sözlərinə görə, Ukraynaya NATO hərbi alyansına qoşulmaq qadağan olunmalı idi. Bununla belə, Putin görünür ki, Ukraynanın müəyyən təhlükəsizlik təminatları əldə etməsinə razı olub.
Избранный
99
19
yeniavaz.com

10Источники