Azərbaycan Premyer Liqasının I turunda “Neftçi” öz meydanında “Şamaxı” ilə üz-üzə gəldi. Msport.az xəbər verir ki, “ağ-qaralar” Emin Mahmudovun penalti qolu ilə məğlubiyyətdən qaça bildi – 1:1.
Maraqlıdır ki, paytaxt klubu son 3 mövsümə qələbə ilə başlaya bilməyib. Komanda sonuncu dəfə 2022-2023-cü illər mövsümündə Laurentsiu Regekampfın dövründə ilk turda 3 xala sevinmişdi. Həmin vaxt “Neftçi” səfərdə “Şamaxı”dan üstün olmuşdu – 1:0.
Son 3 mövsümdə isə Adrian Mutu, Roman Qriqorçuk və dünən Samir Abasovla “Neftçi” mövsümə qələbə ilə başlaya bilməyib.
“Neftçi” – “Şamaxı 1:1 (2025/26) – Samir Abasov
“Neftçi” – “Turan” 0:0 (2024/25) – Roman Qriqorçuk
“Kəpəz” – “Neftçi” 1:0 (2023/24) – Adrian Mutu
“Şamaxı” – “Neftçi” 0:1 (2022/23) – Laurentsiu Regekampf