Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Modern.az-a açıqlamasında deyib ki, son illər kirayə mənzil bazarında aparılan monitorinqlər göstərir ki, hər il bazarda təklif həcmi, xüsusilə də ucuz mənzillər üzrə azalır.
“Sözügedən proses əsasən söküntülər nəticəsində, kirayə bazarının əsas hissəsini təşkil edən köhnə və münasib qiymətli mənzillərin sürətlə bazardan çıxarılması ilə bağlıdır. Onların yerini isə daha bahalı və yeni tikililər tutur. Nəticədə ucuz mənzillərə olan tələb yüksək olaraq qalır, amma təklif azalır. Bu da öz növbəsində qiymət artımına səbəb olur”.
Əmlak eksperti qeyd edib ki, qiymət artımına təsir edən digər bir amil isə ümumilikdə kirayə mənzillərə olan tələbin yüksək olmasıdır:
“Eyni zamanda bəzi pilot layihələr çərçivəsində tikinti şirkətləri binalar tikildikdən sonra mənzilləri vətəndaşlara kirayə verməklə təqdim edirlər və bu da kirayə bazarında tələbin bir qədər də artmasına səbəb olur.
Bütün bu amillərin nəticəsində, bir neçə il əvvəllə müqayisədə Bakı şəhərində kirayə mənzil bazarında ciddi qiymət artımı müşahidə olunur. Əvvəllər yay aylarında - iyun-avqust aylarında tələbələrin öz rayonlarına qayıtması ilə bazarda nisbətən ucuzlaşma baş verirdi. Lakin son dövrlərdə bu mövsümi ucuzlaşma müşahidə olunmur. Artıq il boyu demək olar ki, qiymətlərdə davamlı artım müşahidə edilir”.
R.Osmanlının sözlərinə görə, bu il də əvvəlki illərdə olduğu kimi, paytaxta tələbə axınının qiymətlərə əlavə təzyiq göstərəcəyi gözlənilir. Hətta bu tendensiya indidən özünü göstərməyə başlayıb:
10Источники
-
news24.azTikinti materialları alanlara XƏBƏRDARLIQ ( 20433873)
-
day.azTiktini materialları alanlara XƏBƏRDARLIQ - VİDEO ( 20433186)
-
sherg.azTikinti materialları alanlara xəbərdarlıq - VİDEO ( 20433174)
-
ucnoqta.azTikinti materialları alanlara XƏBƏRDARLIQ - VİDEO ( 20433168)
-
sherg.azTikinti materialları alanlara xəbərdarlıq - Video ( 20433102)
-
bizim.mediaTikinti materialları alanlara XƏBƏRDARLIQ - VİDEO ( 20432712)
-
axar.azTikinti materialları alanlara xəbərdarlıq - Video ( 20432571)
-
yenicag.azTikinti materialları alanların DİQQƏTİNƏ ( 20432568)
-
nocomment.azDərslər başlayır: Bakıda kirayə qiyməti kəskin qalxdı ( 20432562)
-
moderator.azTikinti materialları alanlara XƏBƏRDARLIQ ( 20432325)