Sosial şəbəkədə bir nəfər şəxs bazarda satılan tikinti materiallarının ölçüsünün deyilənə uyğun gəlmədiyini iddia edib. O, 3-lük adı ilə tanınan taxtanın daha nazik olduğunu bildirib.
News24.az Xəzər TV-yə istinadən məlumat verir ki, bəzi satıcılar da söylənənlərin doğru olduğunu, buna təkcə taxta yox, şifer və digər materiallarda da rast gəlindiyini bildiriblər.
Belə məhsulların bazarda çox satıldığını və alıcıların tez-tez aldandığını deyən ekspert Elnur Fərzəliyevin sözlərinə görə, satıcılar bu yolla həm də vətəndaşlara maddi ziyan vururlar.
Çünki ölçü səhv qeyd edildiyinə görə hesablanma zamanı müştəridən artıq pul alınmış olur. Bu, daha çox kubla alınan materiallarda özünü göstərir.
Ekspert onu da bildirib ki, keyfiyyətsiz və ölçüləri standarta uyğun olmayan tikinti materialları az deyil. Bu da öz növbəsində, mənzillərdə təhlükə yarada bilər.
Ətraflı süjetdə: