RU

Pakistanda leysan fəlakəti 350 dən çox ölən var

Dogru.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Pakistanda güclü leysan yağışlarının fəsadları ağır nəticələrə səbəb olub.

Doğru.az xəbər verir ki, son 48 saat ərzində şimal bölgələrində ən azı 350 nəfər həyatını itirib. Geo portalı Fövqəladə Hallar Departamentinə istinadən bildirir ki, təkcə Xayber-Paxtunxva əyalətində 328 nəfər həlak olub, onlarla insan isə yaralanıb.

Məlumata görə, güclü yağışlar nəticəsində daşqın və sürüşmələr baş verib, evlər və infrastruktur dağıdılıb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, daha əvvəl Hindistanın şimalında da sel nəticəsində bir kəndin tamamilə dağıldığı barədə məlumat yayılmışdı.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
111
43
dogru.az

10Источники