AZ

Çində daşqınlar nəticəsində səkkiz nəfər ölüb, itkin düşənlər var

Çinin Daxili Monqolustan Muxtar Rayonunda daşqınlar nəticəsində azı səkkiz nəfər ölüb, daha dörd nəfər itkin düşüb.
 
Oxu.Az bu barədə "Xinhua" agentliyinə istinadla xəbər verir.
 
Məlumata görə, təbii fəlakət Bayan-Nur şəhər dairəsindəki turist düşərgəsində baş verib.
 
Qeyd olunub ki, təbii fəlakət bölgəsindən yalnız bir nəfəri təxliyə etmək mümkün olub.
 
İtkin düşən insanların axtarışı aparılır. Ölən və itkin düşən şəxslərin turist olduğu deyilir.
Seçilən
82
50
moderator.az

10Mənbələr