RU

Messi qayıtdı, yenə qol vurdu - VİDEO

MLS-də növbəti oyunlar keçirilib.

Bizim.Media xəbər verir ki, bazar gününə keçən gecə “İnter Mayami” doğma meydanda “Los-Anceles Qelaksi”ni 3:1 hesabı ilə məğlub edib.

Meydan sahiblərinin hücumçusu Lionel Messi ilk hissədən sonra oyuna daxil olub və 84-cü dəqiqədə komandasının ikinci qolunu vurub.

“Sporinq Kanzas Siti” səfərdə “Orlando Siti”yə 1:3 hesabı ilə uduzub. Qonaqların cinah yarımmüdafiəçisi Maqomed-Şapi Suleymanov 81-ci dəqiqədə əvəzlənib.

Aleksey Mirançukun qolu isə “Atlanta Yunayted”i “Kolorado Rəpids” qarşısında məğlubiyyətdən xilas etməyib – 1:3.

 


Bizim.Media

Избранный
22
35
bizim.media

10Источники