"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatında daha bir oyunu buraxmalı olacaq.
Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xavyer Maskerano açıqlama verib.
O, 38 yaşlı hücumçunun "Orlando Siti" ilə görüşdə meydana çıxmayacağını söyləyib: "Hər şey qaydasındadır. Amma risk etməyəcəyik. Biz optimistik. Messi tezliklə sıralarımıza dönəcək".
"Orlando Siti" - "İnter Mayami" matçı avqustun 11-də keçiriləcək.
Messi avqustun 3-də Liqa Kubokunda Meksikanın "Nekaks" komandasına qarşı keçirilən görüşdə zədələnib.