RU

Misli Premyer Liqası: "Sumqayıt" "Kəpəz"lə üz-üzə

Misli Premyer Liqasının I turunda bu gün daha bir oyun keçiriləcək. SİA xəbər verir ki, günün yeganə qarşılaşması Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Kəpəz" arasında baş tutacaq.

Görüş saat 20:30-da start götürəcək.

Azərbaycan Premyer Liqası

1-ci dövrə, I tur

17 avqust

20:30. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.

VAR: Rauf Cabarov.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, daha əvvəlki matçlarda “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb.

Избранный
44
17
sia.az

10Источники