BAKI, 17 avqust. TELEQRAF
Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində baş verən daşqınlar nəticəsində azı 8 nəfər ölüb, 4 nəfər itkin düşüb.
Teleqraf "Sinxua" agentliyinə istinadən xəbər verir ki, təbiət hadisəsi avqustun 16-da Bayan Nur rayonundakı turist düşərgəsində baş verib.
İtkin düşənlərin axtarışı üçün xilasedicilər səfərbər edilib