“Liverpul”un futbolçusu Məhəmməd Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu buna evdə “Bornmut”a qalib gəldikləri (4:2) I turun oyununda fərqlənməklə nail olub.
Misirli forvard çempionatda 187-ci qolunu vuraraq bu göstəricidə Endi Kola çatıb.
Mütləq rekord Alan Şirerə məxsusdur – 260 qol. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü pillədə qərarlaşıb.