RU

Portuqaliyada alovlu tornado lentə alındı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliyada tüğyan edən meşə yanğınları arasında bir həftə ərzində ikinci yanğın tornadosunun görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Notícias ao Minuto" portalı məlumat yayıb.

Qeyd olunur ki, tornado avqustun 15-nə keçən gecə Aqiar da Beyra bölgəsində lentə alınıb. Alovlu qasırğanı əmələ gətirən yanğın iki gün əvvəl Vizeu dairəsindəki Satan bələdiyyəsində başlayıb. Ötən həftəsonu Moymenta da Beyra qəsəbəsində də analoji tornado lentə alınıb.

Nəşrin məlumatına görə, ölkədə yanğınlarla əlaqədar yüksək hazırlıq rejimi gələn həftənin əvvəlinə qədər uzadılıb. Avqustun 14-nə qədər yanğından təxminən 75 min hektar ərazi zərər çəkib. Vila Franka du Dean şəhərinin keçmiş meri Karlos Damaso isə yanğın nəticəsində yanaraq ölüb.

Portuqaliyada alovlu tornado lentə alındı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
14
oxu.az

10Источники