Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.
Portuqaliyanın şimalındakı Trankoso bələdiyyəsində şənbə günü başlayan meşə yanğını hazırda 8 min hektar ərazini külə çevirib. Yanğın zamanı altı yanğınsöndürən də daxil olmaqla ümumilikdə 17 nəfər xəsarət alıb.
Xalqcebhesi.az xəbər verir ki, Avropada rekord qıran isti dalğası davam edir. Portuqaliyanın şimalındakı Trankoso bələdiyyəsində şənbə günü baş verən meşə yanğını davam edir. 699 yanğınsöndürən, 221 maşın və altı helikopter yanğınla mübarizə aparır.
Bələdiyyə sədri Amilkar Salvador bildirib ki, alov 8000 hektar ərazini, əsasən şabalıd bağlarını, zeytun bağlarını və üzüm bağlarını külə çevirib. Yanğın zamanı 6 yanğınsöndürən də daxil olmaqla azı 17 nəfər xəsarət alıb.
Avropa Meşə Yanğınları İnformasiya Sisteminin məlumatına görə, bu il ölkədə təxminən 52,000 hektar yanıb ki, bu da Portuqaliyanın ümumi ərazisinin 0,6 faizini təşkil edir.
Məryəm Quliyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.