BAKI, 17 avqust. TELEQRAF
Əgər ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə atəşkəs barədə razılığa gələ bilsə, ona Sülh üzrə Nobel Mükafatını təqdim edəcəyəm.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton "Raging Moderates" podkastına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tramp Ukrayna ərazisini təcavüzkara güzəştə getmədən müharibəyə son qoya bilsə, bu mükafata layiq olacaq.