AZ

Tramp Nobel mükafatını istəyir, amma alacağından əmin deyil

ABŞ prezidenti Nobel Sülh Mükafatını almaq arzusundadır, lakin mükafatı alacağına şübhəli yanaşır...

Poliqon NBC News telekanalına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp həqiqətən Nobel mükafatını almaq arzusundadır və Alyaskada sammit öncəsi onun ətrafında bu mövzu fəal şəkildə müzakirə olunub.

Məsələn, Ağ Evin sözçüsü Kerolayn Livitt son brifinqlərdə mükafat məsələsini qaldıraraq bildirib ki, prezident bunu haqq edir. Bundan əvvəlki aylarda o, mükafat barədə heç nə demirdi. Tramp özü də bu yay ərzində fəallaşaraq daim “Nobel almağa layiq olduğunu” təkrar edib.

Ağ Ev nümayəndəsi anonimlik şərti ilə jurnalistlərə bildirib: “Prezident hesab edir ki, Nobel Sülh Mükafatını almağa layiqdir, amma bunun alınacağına inanmır. O qeyd edib ki, mükafat birbaşa Donald Trampa deyil, onun düşüncə tərzini əks etdirən kitab yazacaq şəxsin adına veriləcək”.

Poliqon.info

Seçilən
43
50
poliqon.info

10Mənbələr