RU

Dəməşqdə güclü partlayış baş verib

Suriyanın paytaxtı Dəməşqin Mezze rayonunda avtomobillərin sıx hərəkət etdiyi yolda güclü partlayış qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə SANA agentliyi xəbər yayıb.

Bildirilib ki, naməlum şəxslər "Golden Mezzeh" otelinin yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunu işə salıblar.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub, təhlükəsizlik qüvvələri ərazini nəzarətə götürüb.

Partlayışın başvermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Избранный
117
33
day.az

10Источники