"Ferentsvaroş" Macarıstan çempionatının 4-cü turunda "Akademiya" ilə üz-üzə gəlib. 

Offsideplus.az xəbər verir ki, "yaşıl-ağlar" rəqibinə 1:2 hesabı ilə uduzub. 

Komanda hazırda turnir cədvəlində 7 xalla üçüncü yerdə qərarlaşıb. 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" və "Ferentsvaroş" komandaları arasında ilk oyun 19 avqust Bakı vaxtı ilə saat 23:00-da səfərdə keçirəcək. Cavab matçı 27 avqust saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.