RU

Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng qara ləkə peyda oldu

BAKI, 16 avqust. TELEQRAF

Xəzər dənizinin Azərbaycan və Qazaxıstan sektorlarında 82,5 kv. km sahəsi olan ləkə peyda olub.

Teleqraf xəbər verir ki, bu barədə təbiəti mühafizə təşkilatlarına dəstək verən "Şəffaf dünya" layihəsinin iştirakçıları “Telegram” kanalında yazıblar.

Bildirilir ki, ləkə Sentinel-1A radiolokasiya görüntüsündə saat 05:43-də aşkar edilib. Bu, yağ və ya balıq ovu tullantılarından ibarət ola bilər. Ləkə Kurık limanı - Bakı gəmiçilik xətti boyunca uzanır.

"Bu artıq suda əmələ gəlmiş təsadüfi "çirkli zolaq" deyil, Xəzərin xəritəsində tam bir qara ləkədir", - "Şəffaf dünya"dan bildirilib.

Layihə iştirakçıları iddia edirlər ki, tullantıların atılması bu səviyyədə davam edərsə, dəniz "sadəcə dözməyəcək".

Избранный
80
29
teleqraf.com

10Источники